Alagöz Salahova vəfat etdi
Azərbaycanın Xalq rəssamı Tahir Salahovun qızı Alagöz Salahova vəfat edib.
HİT.az xəbər verir ki, bu barədə Alagöz Salahovanın oğlu Dan Salahov sosial şəbəkə hesabında məlumat verib.
O, anasının 6 ay ölkə xaricində və Bakıda xəstəxanada müalicədə keçirdiyini bildirib.
Alagöz Salahovun dəfn mərasimi sentyabrın 21-də Bakıda keçiriləcək. Vaxt və məkan barədə daha sonra məlumat veriləcək.