Şuşa Musiqili Teatrı beynəlxalq festivala gedir

MƏDƏNİYYƏT
15:10 / 13.11.2023
511

Şuşa Dövlət Musiqili Dram Teatrı səfərə hazırlaşır.

Hit.az xəbər verir ki, teatr Türkmənistanın Aşqabad şəhərində keçiriləcək IV Beynəlxaq Beynəlxaq Teatr Festivalında iştirak edəcək.

"Xoşbəxtlik dövrünün teatr sənəti” adlı festival noyabırın 14-16 noyabrda keçiriləcək.

Şuşa Dövlət Musiqili Dram Teatrı səfərdə Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” tamaşası ilə çıxış edəcək. 
Tamaşanın quruluşçu rejissoru  Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.

Rolları Əməkdar artist Nazir Rüstəmov (Həsənzadə), Zəhra Salayeva (Nargilə), Püstəxanım Zeynalova (Nəzakət) və Əməkdar artist Azad Məmmədov (Fərəc) ifa edirlər.

Azra

0