Dram məzmunlu film və serialların daha çox izlənilməsinə SƏBƏB NƏDİR? 

MƏDƏNİYYƏT
11:29 / 12.01.2024
539

"İnsanların dramatik məzmunlu film və serialları izləməsinin səbəbi psixoloji olaraq öz həyatlarının elə olmamasına şükr etmək istəyi daşıyır".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O diqqətə çatdırıb ki, insanlar film və serialda izlədikləri hadisələri öz həyatları ilə müqayisə edirlər:

341622

"Yəni bəzi insanlar filmdə və ya serialda obrazların başına gələn faciələri yaşamadığı üçün şükr edirlər. Bir növ öz həyatlarındakı problemlərini filmdə baş verən acınaqlı faciələrlə gözardı etməyə çalışırlar. 

Əslində insanlar təsəlli olaraq baxdıqları seriallarda sakitlik tapmağa çalışıraraq, problemlərindən qaçırlar. Məsələn, bəzi insanlar öz problemləri ilə üzləşməmək üçün saatlarla dostları ilə vaxt keçirirlər".

Psixoloq qeyd edib ki, bununla da onları incidən problemlərdən və yorucu düşüncələrdən qaçmağa çalışırlar:

"Yəni bəzi insanlar başqa həyat hekayələrinə baxaraq özlərindən qaçmaq istəyirlər. Həmçinin, sözügedən insanlar ya musiqi dinləyərək yuxuya gedirlər, ya da gəzintiyə çıxırlar. Əslində beyinlərindəki səsləri susdurmağa çalışırlar. Amma düşüncələrlə üzləşmək, kitab oxumaq və ya idmanla məşğul olmaq daha doğru seçim olar" . 

Pərviz

0