Qazaxda “Sevgi şimşəyi” olacaq

MƏDƏNİYYƏT
20:08 / 12.02.2024
355

Bakı Uşaq və Gənclər Teatrı qastrola gedir.

Bu barədə Hit.az-a açıqlamasında teatrın bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan məlumat verib. 

Onun sözlərinə görə, kollektiv Qazax Dövlət Dram Teatrından dəvət alıb:

“Fevralın 14-də biz həmin tamaşa ilə Qazax tamaşaçılarının qarşısında çıxış edəcəyik. Orada mənim quruluş verdiyim “Sevgi şimşəyi” tamaşası ilə çıxış edəcəyik. Tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesi əsasında hazırlanıb”.

İntiqam Soltan deyir ki, “Sevgi şimşəyi” tamaşası bir neçə il bundan öncə Türkiyədə keçirilən beynəlxalq festivalların biri üçün hazırlanmışdı:

“Buz orada uğurla çıxış etmişdik. Ümidvarıq ki, tamaşa Qazax tamaşaçıları tərəfindən seviləcək”.

Azra 

0