"Ondan soruşmaq lazımdı ki, uşağına hansı cəzanı verdin?"

MƏDƏNİYYƏT
20:28 / 20.02.2024
494

"Məktəbin direktoru vəzifəsindən uzaqaşdırılmalıdır. Direktorun mənəvi haqqı yoxdur həmin məktəbdə qalmağa".

Bunu Hit.az-a açıqlamasında Rəssamlar İttifaqının üzvü, Uluslararası Aktivist Sanatçılar Birliyinin təsisçisi Nəvai Mətin Bakıda 156 saylı məktəbin şagirdləri arasında baş verən biabırçı olaya münasibət bildirərkən deyib. 

Rəssam belə hadisələrin cəmiyyət üçün çox təhlükəli siqnal hesab etdiyini vurğulayıb:

“Əgər onlar cəzasız qalsa, belə hadisələrin sayı artacaq, yəni yeni əhmədlər yaranacaq. Hətta valideynləri də tənbeh olunmalıdır".

Rəssam bu hadisənin baş verməsinin səbəbini bir başa cəmiyyətlə əlaqələndirib:

“Valideyndən soruşmaq lazımdır ki, bu hadisəni eşidəndə uşağına hansı cəzanı verdin, tənbeh elədinmi? Yaxud uşağının xalq qarşısında alçatdığı şagirdin valideyni ilə görüşdünmü? Üzr istədinmi? Bu 5 nəfərin qətilinə bərabər hadisədir”.

Azra 

0