Türkiyənin “Kanal D” telekanalının reytinqləri alt-üst edən serialı “Eşref Rüya”da daha bir ayrılıq yaşanacaq.
Hit.az xəbər verir ki, “ölü Yaşar” obrazına həyat verən Erol Babaoğlu layihədən ayrılacaq.
Onun son səhnələri çəkilib və irəliləyən bölümlərdə vida edəcək. Bundan başqa, seriala yeni obrazların gələcəyi də öyrənilib.
Qeyd edək ki, “Eşref Rüya” yeni mövsümdə də davam edəcək. Layihənin 10 iyunda mövsüm finalı bölümü yayımlanacaq.
Aslan


