Türkiyənin “Kanal D” telekanalının reytinqləri alt-üst edən serialı “Uzak Şehir”də şok ayrılıq yaşanacaq.
Hit.az xəbər verir ki, “Şahin” obrazına həyat verən Alper Çankaya layihədən ayrılacaq.
Onun öz istəyi ilə ayrılmağa qərar verdiyi bəlli olub. Həmçinin, “Boran” obrazını canlandıran Burç Kümbetlioğlu ilə də yollar ayrılacaq.
Qeyd edək ki, “Uzak Şehir” 63-cü bölümü ilə 25 mayda mövsümü başa vuracaq.
Aslan



