“Delikanlı” ilə bağlı ŞOK QƏRAR

MƏDƏNİYYƏT
10:00 / 08.05.2026
106

Türkiyənin “Show TV” telekanalının iddialı serialı “Delikanlı”nın aqibəti bəlli olub.

Hit.az xəbər verir ki, layihənin davam etdirilməməsinə qərar verilib.

Buna səbəb ekran işinin reytinqlərdə çox geridə qalmasıdır. 32 milyon lirəlik böyük büdcə ilə yola çıxan serial reytinqlər və reklamlardan xərclənən pulu qarşılaya bilmir. Ona görə də layihə 7-ci bölümdə final edəcək.

Qeyd edək ki, “Delikanlı”nın 5-ci bölümündən sonra rejissor Zeynep Günayla da yollar ayrılıb.

Aslan

0