Türkiyəli məşhur aktrisa Gözde Okur ekranlara qayıdır.
Hit.az xəbər verir ki, onun yeni layihəsi bəlli olub.
Aktrisa “Evlilik Güzeldir” serialında çəkiləcək. O, ekran işində “Saadet” obrazına həyat verəcək. Adıçəkilən layihə yeni mövsümdə “TRT1”-də yayımlanmağa başlayacaq.
Qeyd edək ki, Gözde Okur karyerası ərzində “Zengiz Kız Fakir Oğlan”, “Bahtiyar Ölmez”, “Eşkıya Dünyaya Hükümdar Olmaz” kimi iddialı seriallarda çəkilib.
Pərviz


