Türkiyəli məşhur aktrisa Sera Tokdemirin yeni layihəsi bəlli olub.
Hit.az xəbər verir ki, sevilən sənətçi “Evlilik Güzeldir” serialında çəkiləcək.
O, ekran işində “Ayşə Akgül” obrazına həyat verəcək. Adıçəkilən layihə yeni mövsümdə “TRT1”-də yayımlanacaq.
Qeyd edək ki, 45 yaşlı aktrisa karyerası ərzində “Kanıt”, “Hayat Devam Ediyor”, “Böyle Bitmesin”, “Diriliş Ertuğrul” kimi seriallarda çəkilib. Onu ən çox tanıdan isə bir dönəmə damğa vuran “Kərtənkələ” serialındakı “Zəhra” obrazı olub.
Pərviz


