Rusiyalı məşhur müğənni Mia Boyka Azərbaycana gələcək.
Hit.az xəbər verir ki, ulduz Bakıda konsert verəcək.
Üstəlik, bu, Mia Boykanın ölkəmizə ilk gəlişi olacaq. Sözügedən tədbir 6 fevral 2027-ci ildə Heydər Əliyev Sarayında baş tutacaq. Konsert saat 20:00-da başlayacaq. Bilet qiymətləri isə 30 manatdan 200 manata qədərdir.
Qeyd edək ki, dünyaca məşhur müğənni “Bazoviy Minimum”, “Eksponat”, “Ya Samaya” kimi çox sayda hit mahnısı var. O, bütün sevilən ifalarını paytaxtımızda canlı ifa edəcək.
Pərviz


