Hacıbaba Məmmədov: "Bu qərar mənim üçün gözlənilməz oldu"

MƏDƏNİYYƏT
17:18 / 24.07.2026
49

"Çalışacağam ki, öncə tamaşaçı kütləsi formalaşsın”.

Bunu Qaynarinfo-ya açıqlamasında Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyin olunan Hacıbaba Məmmədov deyib. 

O, bu qərarın onun üçün də gözlənilməz olduğunu bildirib:

"Artıq kollektivə təqdim olunmuşam. Burada çalışan aktyorların əksəriyyətini tanıyıram. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldam. Əsas məqsədlərimizdən biri teatrın ilk öncə öz tamaşaçı  kütləsini formalaşdırması olacaq".

Qeyd edək ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib. Bu təyinata qədər teatrın direktor səlahiyyətlərini Zivər Abbasova icra edirdi.

0