“Netflix” 28 oktyabr 2023-cü ildə Los-Ancelesdəki evində vəfat edən məşhur amerikalı-kanadalı aktyor Metyu Perri haqqında üçseriyalı sənədli serial yayımlayacaq.
HİT.az xəbər verir ki, “Variety”nin yazdığına görə, “Dostlar” serialının ulduzu haqqında ekran işinin adı “The One About Matthew Perry” olacaq. Premyera oktyabrın 27-nə planlaşdırılıb.
Aktyorun bacısı Mia Perri Bouik ekran işində əsas danışan şəxs olacaq və mərhum qardaşı ilə bağlı arxiv fotolarını təqdim edəcək.
“Bu xatirələri və Metyunu həyatının bütün mürəkkəbliyi ilə sevməyin, onu sadəcə Çendler kimi deyil, yalnız asılılıqla mübarizə aparan bir insan kimi deyil, bütöv bir şəxsiyyət kimi görməyin necə bir hiss olduğunu bölüşməyə hazır olduğumu hiss etmək üçün mənə vaxt lazım oldu. Metyunun gözəl qəlbi var idi və hətta ən qaranlıq anlarında belə məni güldürə və sevildiyimi hiss etdirə bilirdi. Ümid edirəm ki, bu serial onu sevən hər kəsə əslində kim olduğu barədə daha dərindən anlayış verəcək”, – 54 yaşında vəfat edən aktyorun qohumu vurğulayıb.
Aktyorun “Dostlar” serialındakı həmkarlarından hər hansı birinin ekran işində yer alıb-almayacağı isə hələlik məlum deyil.
Serialın rejissoru Meri Robertson, prodüserləri isə Liza Kalikou, Eli Holtsman, Aaron Saydman, Laura Mofta və Cessika Koll olacaq.
Samir


