Los-Anceles polisi bayrağımızı tapdalayan ermənini axtarır - FOTO

SİYASƏT
14:30 / 13.08.2020
1662

ABŞ-dakı erməni diasporu daha bir gözlənilən zərbəni alıb.

İyulun 12-də Azərbaycanın Los-Ancelesdəki konsulluğunun önündə Ermənistanın işğalçılıq siyasətinə etiraz edən, ordumuza və ali baş komandana dəstək izhar edən soydaşlarımızın dinc aksiyası azğınlaşmış ermənilərin hücümuna məruz qalmışdı.

Milli.Az bildirir ki, Los-Anceles şəhərinin Brentvud səmtindəki binada yerləşən konsulluğumuzun önünə toplaşmış soydaşlarımızı minlərlə ermənidən ibarət yığnaq "susdurmağa" çalışıblar. Bu alınmayanda azğın ermənilər hücuma keçiblər.

100-ə yaxın soydaşımız təxminən 3 mindən artıq erməniyə sinə gərib.

Bir neçə soydaşımız döyülüb, ağır xəsarətlər alıblar.

Los-Anceles polisi vəhşiləşmiş erməniləri axtarır. Artıq 3 nəfər müəyyənləşdirilib.

Onlardan biri fotoda gördüyünüz şəxsdir. Bu erməni Azərğbaycan bayrağını tapdalayandan sonra yanındakı iki erməni ilə birlikdə bir azərbaycanlını vuraraq yerə yıxıb.

ABŞ polisi bu ermənini nifrət zəminində cinayət törətməkdə suçlayaraq axtarışa verib.

Axtarışda olan üç erməni 20-30 yaş aralarındadır. Digər iki erməninin əyinlərində cins şalvar və qara futbolka olub.

0