Ermənilər Avropada koronavirus yayırlar - Hikmət Hacıyev

SİYASƏT
16:41 / 16.10.2020
777

“Ermənistan hökumətinin təşəbbüsü ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolların hərəkətini pozur, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyatlara zərər verir və COVID-19 yayırlar”.

HİT.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

“Ermənistan bu cür təxribatlara getmək əvəzinə Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”, - o əlavə edib.

Qeyd edək ki, bunu Hikmət Hacıyev Ermənistan baş naziri Nikol Paşinyanın Avropada yaşayan ermənilərin keçirdiyi aksiyalar barədə tvitinə cavab olaraq bildirib.

0