Düşmənin hərbi kolonu pusquya salınaraq MƏHV EDİLDİ

SİYASƏT
19:59 / 05.11.2020
3583

Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.

Müdafiə Nazirliyindən HİT.Az-a verilən məlumata görə, Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib.

0