İntizam Komissiyasında Vahid Əhmədovla bağlı məsələyə bu tarixdə baxılacaq

SİYASƏT
13:47 / 27.04.2023
715

Xəbər vediyimiz kimi, Milli Məclisin deputatları həmkarları Vahid Əhmədovun bloger Mehman Hüseynova verdiyi müsahibəsində səsləndirdiyi bəzi fikirlərini sərt tənqid edərək məsələyə parlamentin İntizam Komissiyasında baxılmasını istəyiblər.

Pravda.az-a etibarlı mənbədən daxil olan məlumata görə, deputat Vahid Əhmədovla bağlı məsələyə Komissiyada aprelin 28-də baxılacaq.

0