Qarabağ ermənilərinin təzə evcik-evcik oyunu

SİYASƏT
20:00 / 27.04.2023
515

“Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra separatçıların qondarma “konstitusiya dəyişikliyi layihəsi”ni yenidən müzakirəyə çıxarması diqqət çəkir: Qondarma “prezident”in səlahiyyətləri azaldılır, “yarım-prezidentlik” modelinə keçmək, qondarma “parlmentə” daha çox “səlahiyyət” vermək istəyirlər”. 

HİT.az xəbər verir ki, bunu siyasi ekspert Asif Nərimanlı deyib. Ekspertin fikrincə, baş verənlərin iki mümkün hədəfi var.

“Birincisi, Araik Azərbaycanın Xankəndinə qayıdışı perspektivi fonunda məsuliyyəti tam üzərinə götürmək istəmir. Hətta laçın yolunda aksiya başlandıqdan sonra “istefa” verib qaçmaq haqda da düşünürdü, lakin ruslar icazə vermədi. İndio Postun qurulmasından sonra baş verəcək hadisələrə görə əsas günahkar olacağını anladığı üçün məsuliyyəti bölüşdürür;

İkincisi, separatçı rejimin ləğv edilməsi təhlükəsinə qarşı qondarma “parlamentin” önə çəkildiyi görünür: bu, həm bir şəxsin – Araikin sıradan çıxarılması ilə rejimin faktiki ləğvinin qarşısını almağa, həm də “erməni əhalisinin seçimi haqda “parlament” qərar verir” əsasını yaratmağa hesablanıb. Belə demək mümkünsə, “evcik-evcik” oynayırlar”, deyə o bildirib.

0