Qriqoryan yaxın gələcəkdə Azərbaycanla danışıqların planlaşdırıldığını bildirib

SİYASƏT
14:45 / 28.04.2023
508

Ermənistan yaxın zamanda Azərbaycanla danışıqlar planlaşdırır.

APA “armenpress”ə istinadən xəbər verir ki, bunu bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.

Qriqoryan qeyd edib ki, Ermənistan və Azərbaycanın nümayəndələri sülh sazişi üzrə danışıqları davam etdirmək üçün yaxın zamanda görüşəcəklər: “Yaxın zamanda danışıqlar gözlənilir və bu səbəbdən biz sülh müqaviləsinin erməni variantını Azərbaycana göndərməmişik. Hazırda müzakirələr gedir”.

0