İsraildən Güney Azərbaycana dəstək: Bundan sonra nə olacaq?

19:09 / 02.05.2023
357

Güney Azərbaycanın müstəqilliyi uğrunda ilk xarici dəstək gəlib.

Belə ki, İsrail parlamentinin 32 deputatı xarici işlər naziri Eli Kohenə Güney Azərbaycanla bağlı təklif verib. Təklif Güney Azərbaycanın formalaşdırılmasına dəstək verilməsini özündə ehtiva edib. Əlbəttə ki, İsrail kimi böyük dövlət tərəfindən belə bir addımın atılması çox mühüm bir hadisədir. İsrail bununla bir daha Azərbaycana olan dəstəyini də nümayiş etdirdi.

Bəs bundan sonra nələr ola bilər? 

Güney Azərbaycanlı fəal Məhsa Mehdili HİT.az-a açıqlamasında bildirib ki, bu, müstəqil bir hərakatdır:
"Əlbəttə ki, xarici ölkələrin bizə dəstək verdiyini görəndə sevinirik. Əgər biz milli hərəkat olaraq xaricdəki dövlətlərin də dəstəyini qazana biliriksə, bu, böyük uğurdur. Amma Güney Azərbaycan milli hərəkatını heç kimə də təslim edə bilmərik. Çünki bu, xalqın ödədiyi bədəllərdən bəslənən və güc alan bir hərəkatdır. Biz də bu məsələdə çox diqqətli olmalıyıq. Aktiv gücünü Azərbaycan və vətən anlayışından alan bir hərəkat hər zaman müstəqil olmalıdır. Amma dünyadan dəstək almaq da böyük bir uğurdur".

O, Güney Azərbaycanlılar üçün yeganə doğma dövlətin Azərbaycan olduğunu da vurğulayıb:
"Bizim bir dənə doğma dövlətimiz var. Təbii ki, o da Azərbaycandır. Çünki xalqımızın öz dövlətidir".

Pərviz

0