Ruben Vardanyanın etirafına səbəb nədir? - ŞƏRH 

14:32 / 19.05.2023
561

Ruben Vardanyan növbəti etirafi ilə diqqət mərkəzinə düşüb.

O, müsahibəsi zamanı Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edib.

Belə ki, aparıcı ona Qarabağı helikopterlə tərk etməyi təklif edib. Vardanyan isə bunun mümkün olmayacağını bildirərkən, Qarabağın Azərbaycan ərazisi olduğu reallığını dilə gətirib:

“Helikopter çağırsam, onu vuracaqlar. Çünki bura Azərbaycanın ərazisidir”.

Görünür, Ermənistanın Baş naziri Nikol Paşinyandan sonra artıq Ruben Vardanyan da Qarabağın Azərbaycan ərazisi olduğunu dərk etməyə başlayıb.

Politoloq Rusif Məmmədsoy HİT.az-a açıqlamasında bildirib ki, Ruben Vardanyan gəldiyi ilk gündən bu torpaqların kimə aid olduğunu onsuz da bilirdi:

Ağsaqqallar – Rusif Məmmədsoy:Türkiyə güclənir:“Qardaş ölkə regional aktora  çevrilir”- Fransa narahatdır

"O zaman da özü-özündə düşünürdü ki, Qarabağ Azərbaycandır. Sadəcə olaraq, Vardanyan Rusiyanın istəklərini yerinə yetirməklə mükəlləfdir və onun şəxsi fikri yoxdur. Ancaq bu gün vəziyyət bir qədər fərqlidir. Ruben Vardanyanın oradan çıxa bilməməsi ilə bağlı bir neçə açıqlaması var. Hətta deyir ki, helikopterlə çıxsa da, hava da vurula bilər. Əslində, bu, bir reallıqdır. Biz separatçılara bölgəni tez bir zamanda tərk etmələri üçün çox şans verdik, ancaq etmədilər. 

Biz isə uzun illərdən sonra öz ərazi bütövlüyümüzü bərpa etdik. Nəhayət ki, Laçında nəzarət-buraxılış məntəqəsi qurduq. Bu, sadəcə nəzarət-buraxılış məntəqəsi ilə yekunlaşmır. Digər cığırlar, yollar, meşələrin hər birində bizim əsgərimiz dayanır. Belə olduğu təqdirdə, Azərbaycan əsgərlərinin nəzarətindən kənar Qarabağa giriş-çıxış mümkün deyil. Ona görə də Vardanyan oradan keçməkdə çətinlik çəkir və qorxur. Bu adam siyasətçi deyil, biznesmendir".

Politoloq vurğulayıb ki, Vardanyan rusların onun arxasında olduğu müddətdə istəyinə nail olacağını zənn edirdi:

"Ancaq gördü ki, heç də elə deyil. Çünki Azərbaycan Ordusu və rəhbərliyi bununla heç bir zaman barışmayacaq. Postumuzun qurulması da buna nümunə idi. 

Əgər bu gün Xankəndidəki terrorçular tərk-silah edilməsələr və oradan çıxmasalar antiterror əməliyyatları hıəyata keçirilə bilər. Belə olacağı təqdirdə, milyardlarla dollar pulu olan Ruben Vardanyan öz həyatını orada qurban vermək istəməz. O, bəlkə də çıxmasına imkan yaradılması üçün Azərbaycan tərəfinə bir mesaj göndədir. Nəticədən asılı olmayaraq, Vardanyan və digər separatçılar anlamalıdır ki, ərazilərimizi tərk etməlidirlər".

Pərviz

0