Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatdı - FOTO/VİDEO/YENİLƏNİB

SİYASƏT
13:30 / 21.09.2023
770

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb.

APA xəbər verir ki, danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.

10.18

Xəbər verdiyimiz kimi, bu gün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək.

Trend-in müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edən nümayəndə heyəti Yevlaxda Azərbaycan tərəfi ilə görüşəcək.

Xankəndidən Qarabağdan gələn nümayəndə heyəti artıq Yevlax şəhərindədir.

10.05

Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri bu gün görüş üçün Yevlax rayonuna gəlir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edən nümayəndələr Yevlaxda Azərbaycan tərəfi ilə görüşəcək.

Xankəndidən gələn nümayəndələr artıq Ağdam rayonunu keçib, Yevlax şəhəri istiqamətinə doğru hərəkət edir.

7

0