Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

SİYASƏT
17:54 / 19.02.2024
217

“Bütün Azərbaycan xalqına 6 fevral 2023-cü ildə baş verən zəlzələlər zamanı göstərdiyi həmrəylik üçün təşəkkür edirəm”.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

O, Azərbaycanın bölgədə bərpa işlərində iştirak etdiyini də xatırladıb: “Azərbaycan Kahramanmaraşda 1 000 mənzil və 799 iş yeri inşa edir. Keçən həftə Kahramanmaraşa ziyarətim çərçivəsində Azərbaycan Bulvarında davam edən işlər haqqında məlumat aldım”.

0