Naxçıvanda Milli Məclisə və MR Ali Məclisinə seçkilərdə səsvermə başlayıb

SİYASƏT
09:02 / 01.09.2024
403

Naxçıvanda Milli Məclisə növbədənkənar parlament seçkiləri ilə paralel olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər keçirilir

 

"Report"un yerli bürosu xəbər verir ki, saat 08:00-da muxtar respublikada 45 seçki dairəsi üzrə 331 seçki məntəqəsi açılıb.

 

Sakinlər saat 19:00-a qədər səsvermədə iştirak edə biləcəklər.

 

Qeyd edək ki,Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 45 seçki dairəsi üzrə 331 seçki məntəqəsində keçiriləcək. Muxtar respublika üzrə ümumi seçicilərin sayı 288 356 nəfərdir. Seçki günü 18 yaşı tamam olan seçicilərin muxtar respublika üzrə sayı 31, seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı isə 3891 nəfərdir.

 

Muxtar respublikada yaşı 100-dən artıq olan seçicilərin sayı 5 nəfərdir və ən yaşlı seçici 1920-ci il təvəllüdlü Hüseynəliyeva Şərəf Muxtar qızının 104 yaşı var. O, 15 saylı Qıvraq seçki dairəsinin 1 saylı Qıvraq məntəqəsində qeydiyyatdadır.

 

Ali Məclisə seçkilərdə deputat mandatı uğrunda 187 nəfər namizəd mübarizə aparacaq. Onlardan 41 nəfəri qadındır. Ali Məclisə seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 452 nəfər akkreditasiyadan keçib.

0