“Bizə xilaskar lazımdır” – Ermənilər xofda

SİYASƏT
21:37 / 16.07.2020
1135

“Bu gün geniş miqyaslı eskalasiya, riskli olacaq. Daha geniş miqyaslı toqquşmalarda risklər daha çoxdur, təhlükəlidir, buna görə də hələlik baş vermir”.

Ermənistan-Azərbaycan sərhədlərində baş verən son olaylar haqda danışan erməni politoloq Aleksandr İsgəndəryan belə deyib.

Ekspert erməni ordusunun təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələrinin əks həmləsinin ölkəsində qorxu yaratdığını belə etiraf edib:

“Ciddi risklərə görə mövcud toqquşmalar, hər şeyə baxmayaraq, kiçik bir ərazidə baş verir. Çünki onu daha geniş şəkildə yerləşdirmək risklidir. Bu səbəbdən qarşıdurmanın qarşısını almaq üçün nəsə etmək lazımdır, bir növ xilaskar icad edilməlidir. Bu, ya kənardan gəlməlidir, ya beynəlxalq təşkilatlara müraciət edilməli, ya da digər tənzimləmə formalarına keçid olunmalıdır”.

İskəndəryan Azərbaycan cəmiyyətindəki əhval-ruhiyyənin də yüksək olduğuna, Bakıda keçirilmiş Qarabağ yürüşünə diqqət çəkib: “Bunlar cəmiyyətdəki əhval-ruhiyyənin göstəricisidir”.

0
Teleqraf.com