Erməni səfir qorxuya düşdü: "Azərbaycanda cəmiyyət müharibəyə hazırlaşır"

SİYASƏT
09:38 / 17.07.2020
2398

Azərbaycan-Ermənistan sərhədinndəki insidentdən sonra rəsmi Bakının açıqlamaları ictimai rəyi müharibəyə hazırlayıb.

Bu barədə Ermənistanın Moskvadakı səfiri Vardan Toganyan RBK-ya müsahibəsində deyib.

“Xüsusilə prezident İlham Əliyevin iyulun 6-da son açıqlaması əslində Bakının Dağlıq Qarabağla bağlı danışıqlar prosesindən çıxarılması demək idi”, - Toganyan bildirib.

Ötən bazar ertəsi Azərbaycan Prezidenti Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin əslində aparılmadığını və xarici işlər nazirlərinin videokonfranslarının əhəmiyyətsiz olduğunu bildirib.

İyulun 12-də Ermənistan və Azərbaycan sərhədində qarşıdurma davam edib. Atışma qonşu Dağlıq Qarabağdan bir neçə yüz kilometr məsafədə yerləşən Tovuz və Tavuşda həyata keçirilir.

Bakıdan verilən məlumata görə, bir general daxil olmaqla 12 Azərbaycan hərbçisi şəhid olub. Ermənistan tərəfi dörd hərbi qulluqçunun öldüyünü, habelə 10 hərbçinin və bir mülki şəxsin yaralandığını elan edib.

Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar iki ölkənin sərhədindəki vəziyyətdən narahatlıqlarını ifadə ediblər və tərəfləri dialoqa çağırıblar.

Rusiya Xarici İşlər Nazirliyi bölgədəki vəziyyətin nizamlanması üçün vasitəçilik etməyə hazır olduğunu açıqlayıb.

0
konkret.az