Ermənistan etiraf etdi: Azərbaycanın yüksəkliyinin ələ keçirilməsi xəbəri yalandır (VİDEO)

23:05 / 17.07.2020
1830

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovhannisyan rus-gürcü politoloq Yegor Kuroptevun “Pogranichnaya ZONA” YouTube kanalında verdiyi müsahibədə bu yaxınlarda erməni mediasında erməni hərbi birləşmələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində Qaraqaya yüksəkliyinin ələ keçirməsi barədə yayılan xəbərləri təkzib edib.

"Rəsmi olaraq Yerevan, Ermənistan Müdafiə Nazirliyi heç vaxt qoşunlarımızın hər hansı bir yüksəklik ələ keçirdiklərini deməyiblər. Belə bir şey yoxdur. Keçmiş hərbçilər və hərbi ekspertlər ola bilər bu mövzuda danışıb. Hətta bəzi siyasətçilər də belə deyə bilər, ancaq Müdafiə Nazirliyi rəsmi olaraq heç vaxt belə bir söz deməyib", - Ovhannasyan əlavə edib.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, əgər qoşunların hər hansı bir hərəkəti olsa da, heç kim yüksəklik ələ keçirməyib.

virtualaz.org

0