Təlimlərimiz Azərbaycan-Ermənistan müharibəsi ilə bağlı deyil - Rusiya

SİYASƏT
14:26 / 18.07.2020
1467

Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefon danışığı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu Rusiya qoşunlarının döyüş hazırlığının qəfil yoxlanılması barədə məlumat verib.

Bu barədə hərbi diplomatik mənbələrə istinadən RİA Novosti məlumat yayıb.

"Rusiya Müdafiə naziri bu təlimin əvvəlcədən planlaşdırılmış tədbir olduğunu və Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyətlə heç bir əlaqəsinin olmadığını vurğulayıb",-deyə mənbə bildirib.

 

0
Virtualaz.org