Azərbaycan əhalisinin sayı açıqlandı

23:10 / 13.09.2023
1281

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il avqust ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10157406 nəfər təşkil edib.

Bu barədə HİT.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

0