Cinsini dəyişən insanların cənazə namazı necə qılınır?

SOSİAL
21:40 / 03.09.2024
396

Müsəlman dünyasında ölənlərin dəfninin xüsusi mərasimləri və duaları var. 

Bu mənada qadın və kişilərin də dəfni bir-birindən fərqlənir.

Qadın vəfat etdikdə molla cənazə namazı qılırıq mərhum qadın niyyətinə, kişi öldükdə mərhum kişi niyyətinə deyilir. 

Bəs cinsini dəyişən insanlarla bağlı namaz niyyəti necə  dilə gətirilir?

Hit.az-a mövzu ilə bağlı açıqlama verən ilahiyyatçı, Hacı Valeh İsmayılov bildirib ki, vəfat edən şəxs özünü hansı cinsin nümayəndəsi hesab edibsə, namaz da o şəkildə qılına bilər:

“Həm ölən insandır və öldükdən sonra heç kimə adı deyilmir, meyit deyə söz açılır. Ona görə "niyyət etdik, meyyit namazı qılmağa” -deyərək əlavə söz söhbətə, mərhum haqqında qeybətlərə də yol vermədən mərasimi tamamlamaq olar”,- deyə o qeyd edib.

Murad

0