Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Müdirin işçisini 9 saat işlətmək hüququ var?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, bu düzgün bir yanaşma deyil:
“Belə ki, Əmək Məcəlləsinin 89 və 90-cı maddəsinə əsasən, gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq və buna uyğun həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Altı günlük iş həftəsində həftəlik norma 40 saat olduqda, ona uyğun edilmiş gündəlik iş vaxtının müddəti 7 saatdan, 24 saat olduqda 4 saatdan, 36 saat olduqda 6 saatdan çox müəyyən edilə bilməz”.
Murad