Ana olmaq üçün ideal yaş neçədir?

SOSİAL
19:15 / 13.02.2025
57

Ana olmaq qadın həyatında ən əhəmiyyətli dönüş nöqtələrindən biridir.

Bəs qadın nə vaxt ana olmaq üçün emosional yetkinliyə çatır?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, Azərbaycan qanunlarına görə yetkinlik yaşına çatmış 18 yaşını tamamlamış insanlardır. 25 yaşına qədər ilk dəfə ana olacaqsansa, 25 yaşına qədər həkimlər elə hesab edir ki, ana olmaq üçün ideal vaxtdır: 

“30 yaşdan sonra ana olanda, övlad yetişdirəndə həyata daha başqa cür baxırsan, məsuliyyətli olursan və duyğular da başqa cür olur. Müəyyən bir yaşdan sonra ana olmağın məsuliyyəti, dolğunluğu, uşaqla olan münasibət tamam fərqli olur. Çox adam deyir ki, “səbr qalmaz”. Bu çox yanlışdır. Mən də elə düşünürdüm. Amma çox qəribə bir səbr olur. Səbrdən əlavə çox qəribə hər şeyi olduğu kimi qəbul etmək olur”.

Sevinc

0