Son zamanlar populyarlıq qazanan ritual bir çox insanın diqqətini çəkir.
Bu gün sosial şəbəkələrdə müxtəlif ritual edən səhfələrə rast gəlmək mümkündür.
Əsasən, sevgi, qarşı tərəfi özünə bağlamaq, evlilik qərarının verilməsi, ruzi bərəkət axını, dişil enerjinin yüksəlməsi və digər rituallara üstünlük verilir.
Maraqlıdır, ritual nədir? Ritual günahdırmı?
ilahiyyatçı Elşad Miri Hit.az-a deyib ki, Quranda belə bir ayə var:
“Aldadan sizi Allahla aldatmasın”. Müxtəlif ritualları aşkar şəkildə nümayiş etdirib, müştəri cəlb edənlər insanları aldadır:
“Bu insanların məqsədi insanları aldadıb, pul qazanmaqdır. İnsanlar belə şeylərə inanmamalıdır”.
Sevinc