Doğru.az xəbər portalının fəaliyyətə başlamasından 6 il ötür.
HİT.az xəbər verir ki, sayt 2020-ci il sentyabrın 30-da, Vətən müharibəsinin ilk günlərində fəaliyyətə başlayıb. Portalın rəhbəri qeyd edib ki, müharibə zamanı cəbhə bölgələrindən operativ məlumatların çatdırılması əsas prioritet olub.
Məlumata görə, Doğru.az 2020-ci il noyabrın 24-də MMC kimi fəaliyyətini davam etdirib. Sayt 1 iyun 2023-cü ildə Medianın İnkişafı Agentliyində qeydiyyata alınıb, 28 may 2025-ci ildə isə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.
Hazırda media qurumunda 5 nəfərlik komanda fəaliyyət göstərir: direktor İlqam Cəbiyev, baş redaktor Əfsanə Rəcəbova, müxbirlər İlahə Əliyeva, Şəha Qardaşova və Məlahət Rzayeva.
Portalın rəhbərliyi 6 il ərzində dəstək göstərən həmkarlarına, fotoqraflara, oxuculara və media qurumlarına təşəkkür edib.
Doğru.az-dan bildirilib ki, qarşıdakı dövr üçün daha böyük hədəflər müəyyənləşdirilib.


