Nəbatat Bağının iş saatları uzadıldı

SOSİAL
15:46 / 09.07.2026
43

Mərkəzi Nəbatat Bağının iş saatları vətəndaşların müraciət və təklifləri nəzərə alınaraq uzadılıb.

Modern.az-ın Nəbatat Bağından əldə etdiyi məlumata görə, əvvəllər bağ ziyarətçiləri hər gün saat 09:00-dan 18:00-dək qəbul edirdisə, artıq giriş saat 19:00-dək mümkün olacaq.

Bildirilib ki, kassalar hər gün saat 19:00-dək fəaliyyət göstərəcək. Ziyarətçilər isə bağın ərazisini saat 21:00-dək tərk edə biləcəklər.

0