27 mindən çox uşağa reabilitasiya xidmətləri göstərildi

SOSİAL
13:00 / 27.08.2026
26

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-iyul aylarında 27 345 uşağa xidmətlər göstərilib.

Hit.az xəbər verir ki, onlardan əlilliyi olan 1 317 uşaq stasionar, 16 442 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyaya aid uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

0