Jalə Əhmədova tələbə oldu

SOSİAL
11:58 / 28.08.2026
53

Milli Məclisin keçmiş deputatı Jalə Əhmədova ikinci dəfə tələbə adını qazanıb.

HİT.az modern.az-a istinadən xəbər verir ki, J.Əhmədova bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Bakı Dövlət Universitetində (BDU) psixologiya ixtisası üzrə əlavə təhsil almağa başladığını yazıb.

"Daha bir başlanğıc", - deyə o paylaşımında deyib.

J.Əhmədova 1981-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. «Wing Chun» Döyüş Sənəti Federasiyasının təsisçisi və birinci vitse-prezidenti olub. Hazırda Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidentidir.

2007-ci ildən «Alyans Hüquq Konsaltinq» MMC-də hüquq məsləhətçisi, 2008-ci ildən «Texnikabank» ASC-də mütəxəssis, baş mütəxəssis, şöbə müdirinin müavini işləyib. 2010–2014-cü illərdə Bakı Apellyasiya Məhkəməsində mütəxəssis-inspektor, aparıcı məsləhətçi, məhkəmə iclas katibi, sədrin köməkçisi-aparıcı məsləhətçi, 2014–2016-cı illərdə Azərbaycan Respublikasının Energetika Nazirliyində şöbə müdirinin müavini olub. 2016–2020-ci illərdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Kadrlar şöbəsində zabit, baş zabit-hüquqşünas vəzifələrində çalışıb.

J.Əhmədova Milli Məclisin VI çağırış deputatı olub. Evlidir, 2 övladı var. 

0