Qarabağda yeni iş yerləri - Maaşlar 2100 manata çatır

SOSİAL
20:39 / 23.09.2026
45

İşğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri bölgədə məşğulluq imkanlarının da artmasına şərait yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müxtəlif sahələr üzrə yeni işçi axtarışları davam edir.

BAKU.WS-in məlumatına görə, hazırda regionun şəhər və qəsəbələrində texniki sahələrdən inzibati və xidmət istiqamətlərinə qədər müxtəlif vəzifələr üzrə vakansiyalar təqdim olunur.

Elan edilən işlər fərqli ixtisas və təcrübəyə malik şəxslər üçün nəzərdə tutulub. Namizədlərə ödəniləcək əməkhaqqının məbləği isə tutulan vəzifə, peşə hazırlığı və iş təcrübəsinə uyğun olaraq dəyişir.

Hazırkı vakansiyalar üzrə maaşlar 600 manatdan başlayır və 2100 manatadək yüksəlir.

İş imkanlarından yararlanmaq istəyən şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində namizədin müraciət etdiyi vəzifənin adının yazılması tələb olunur.

CV-si hazır olmayan şəxslər isə cvyarat.az platformasından istifadə etməklə tərcümeyi-hallarını ödənişsiz şəkildə hazırlaya və daha sonra uyğun vakansiyalara müraciət edə bilərlər.

0