Süni intellektlə hazırlanan seriallar uşaqların inkişafına zərər verə bilər

SOSİAL
21:39 / 27.11.2026
33

Süni intellekt vasitəsilə hazırlanan qısa seriallar keyfiyyətsiz olduğu halda uşaqların nitq və dil inkişafına mənfi təsir göstərə bilər.

HİT.az xəbər verir ki, bu barədə rus dili və ədəbiyyatı müəllimi, loqoped-psixoloq İnna Boqoroditskaya xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, süni intellektlə yaradılan seriallara baxmaq yalnız personajların nitqi düzgün olduqda, tələffüz və qrammatik səhvlərə yol verilmədikdə məqbul sayıla bilər. Eyni zamanda, səsləndirmə və musiqi müşayiətinin də keyfiyyətinə diqqət yetirilməlidir.

Psixoloq bildirib ki, dil qaydalarına əməl etməyən, qeyri-peşəkar müəlliflər tərəfindən hazırlanan məzmun uşaqlarda yanlış tələffüz vərdişləri formalaşdıra, qrammatik bilikləri təhrif edə bilər. Belə materiallar uşaqların estetik zövqünə də mənfi təsir göstərə bilər.

Onun fikrincə, bu cür məzmun xüsusilə disleksiya və disqrafiya kimi oxu və yazı çətinlikləri olan uşaqlar üçün daha risklidir.

Qeyd edək ki, daha əvvəl pedaqoq-psixoloq Şamil Əhmədullin də videooyunların uşaqlarda aqressiv davranış yaratması ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, bu iddianı təsdiqləyən inandırıcı sübutlar yoxdur. Bununla belə, bu, bütün oyun məzmunlarının uşaqlar üçün uyğun olduğu anlamına gəlmir.

Samir
 

0