Tvitterin işində nasazlıq yarandı

18:02 / 13.05.2021
1049

Bir sıra ölkələrdə tvitter sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.

Hit.az xəbər verir ki, bu barədə məşhur internet resurslarını izləyən “Downdetector” xidməti məlumat yayıb.

Nasazlıqlardan ən çox ABŞ, Kanada, Böyük Britaniya və Yaponiyadan olan istifadəçilər şikayət edirlər.

Saytın işində və mobil tətbiqin işləməsində problem mövcuddur.

0