Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor” martın 16-da ölkədə baş vermiş güclü zəlzələ səbəbindən işini müvəqqəti dayandırmaq qərarına gəlib.
Hut.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb. Hadisə ilə əlaqədar şirkətə dəyən ziyan açıqlanmayıb. Zəlzələ nəticəsində ölənlərin olduğu bildirilir. Fukusima və Miyaqi prefekturalarında 130 min ev işıqsız qalıb. Tokio da daxil olmaqla şərq prefekturalarında elektrik enerjisinin verilməsi artıq bərpa edilib.
Fukusima yaxınlığında baş verən zəlzələ səbəbindən hündürlüyü 1 m-ə çatan sunami təhlükəsi elan edilib. Seysmoloqlar sakinlərə bir həftə ərzində təkrarlana biləcək təkanlar barədə xəbərdarlıq edib.