"Facebook"da hesabınızı necə qoruya bilərsiniz? - VİDEO

TEXNO
14:46 / 23.10.2023
2854

“Facebook”da mövcud hesabınızın təhlükəsizliyini təmin etmək üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyiniz tövsiyə olunur.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

HİT.az həmin videonu təqdim edir.

Qeyd edək ki, "Meta Platforms", "Inc"., (ticarət adı "Meta"; əvvəllər "Facebook, Inc".), Menlo Parkda, Kaliforniyada yerləşən Amerika çoxmillətli texnoloji konqlomerat holdinq şirkətidir. Şirkətin məhsullarına "Facebook", "Facebook Messenger", "WhatsApp", "Instagram", "Facebook Watch", "Facebook Portal", "Oculus", "Giphy", "Mapillary" və digərləri daxildir.

2021-ci ilin oktyabrında media orqanları "Facebook"-un ana şirkətinin "Metaverse-ün qurulmasına diqqətini əks etdirmək" üçün adını dəyişməyi planlaşdırdığını bildirib. Həmin ayın sonunda – oktyabrın 28-də "Meta" olaraq rebrendinq edildi.

0