"Volkswagen" ixtisara gedir

AVTO
10:37 / 28.11.2023
781

Almaniyanın nəhəng avtomobil şirkəti "Volkswagen" sürpriz addım atıb.

HİT.az xəbər verir ki, şirkət ixtisarlara gedir.

Artıq "Volkswagen"in bəzi fabriklərində yeni işçi qəbulu da dayandırılıb. Şirkət bu həmlə ilə 2026-cı ilə qədər gəlirlərini 6,5% artırmağı hədəfləyir. Buna görə də xərclərin azaldılması istiqamətində addımlar atılır. 

Şirkət tərəfindən koronavirus pandemiyasından bəri işə qəbulun məhdudlaşdırıldığını və xərclərin azaldılmasının bir hissəsi olaraq ixtisarların da həyata keçiriləcəyi açıqlanıb.

Pərviz

0