"Volkswagen"dən şok açıqlama: "Rəqabətçi deyilik"

AVTO
10:34 / 29.11.2023
868

Almaniyanın "Volkswagen" şirkətinin rəhbəri Tomas Şefer şok açıqlama verib.

HİT.az xəbər verir ki, o, artıq rəqabətçi olmadıqlarını etiraf edib.

Şefer əvvəlki kimi qənaətcil ola bilməyəcəklərini və bu səbəbdən 10 milyard avro dəyərində qənaət proqramı həyata keçirəcəklərini deyib.

Əslində "Volkswagen" daha əvvəl 10 milyard avro qənaət proqramını elan edəndə heç bir kütləvi ixtisar planlaşdırmadıqlarını elan etmişdi. Bu qərarın isə 2029-cu ilə qədər həyata keçiriləcəyi bildirilmişdi. Lakin baş verənlərdən sonra şirkət qərarını dəyişdi və kütləvi ixtisarları gündəmə gətirdi. 

Xatırladaq ki, ötən gün "Volkswagen" ixtisarlara başladığını açıqlayıb.

Pərviz

0