"Toyota" 6 yeni elektromobil İSTEHSAL EDƏCƏK 

AVTO
10:35 / 04.12.2023
862

Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Toyota" yeni modellər istehsal etməyə davam edir.

HİT.az xəbər verir ki, şirkət 2026-cı ilə qədər 6 yeni elektromobil istehsal edəcək.

Yeni nəqliyyat vasitələri və konseptlər barədə ilk məlumatlar Kenşiki 2023 Forumunda paylaşılıb. Həmçinin, 2026-cı ildə satışa çıxarılacaq yeni nəsil batareyaların da daha uzun diapazona və aşağı qiymətə malik olacağı açıqlanıb. Sözügedən bateryaları sadəcə 10 dəqiqə ərzində doldurmaq mümkün olacaq.

"Toyota Urban SUV" modeli şirkətin 2026-cı ilə qədər Avropada satışa çıxaracağı 6 elektromobilin birincisi olacaq.

Pərviz

0