"Doblo"nun da elektrikli modelləri çıxdı

AVTO
10:44 / 13.12.2023
848

İtaliyanın nəhəng avtomobil şirkəti "Fiat" növbəti yeniliyini elan edib. 

HİT.az xəbər verir ki, şirkət yeni elektromobilini təqdim edib.

Belə ki, "Doble" modelinin tamamilə elektrikli versiyası istehsal olunub. Şirkət elektriklə işləyən "E-Doblo" və "E-Scudo" adlı yüngül ticari avtomobillərini təqdim edib.

Yeni modellər 280 kilometr məsafə qət edə biləcək. Üstəlik, həmin avtomobillərin batareyaları 30 dəqiqə ərzində 80 faiz enerji yığa bilir.

Pərviz

0