"Range Rover"in yeni elektrikli modeli gəlir

AVTO
11:30 / 15.12.2023
939

Dünyanın ən məşhur avtomobil markalarından olan "Range Rover"in yeni modeli istehsal olunacaq.

HİT.az xəbər verir ki, sözügedən model elektrikli olacaq.

"Range Rover Electric" adlanacaq modelin şirkətin ən səssiz avtomobili olacağı açıqlanıb. Həmçinin, bu avtomobillərin İngiltərədə istehsal olunacağı da qeyd olunub. Artıq yeni elektromobil üçün ilkin sifarişlər də verilib. 

Xatırladaq ki, bu, "Range Rover"in ikinci elektromobili olacaq. Şirkət 2018-ci ildə "Jaguar I-Pace" adlı ilk elektrikli avtomobilini satışa çıxarmışdı.

Pərviz

0