ABŞ-dən Çin avtomobillərinə qarşı daha bir ADDIM

AVTO
11:59 / 22.12.2023
905

ABŞ Çinin elektrikli avtomobillərinə qarşı daha bir addım atıb.

HİT.az xəbər verir ki, Avropanın ardından ABŞ-nin də Çinin elektromobillərinə qarşı əlavə vergilər tətbiq edəcəyi iddia olunmağa başlayıb.

Bildirilir ki, elektromobillər də daxil olmaqla bir çox Çin istehsalı olan mallara yeni gömrük rüsumu tətbiq olunacaq. 

Qeyd edək ki, bu rüsum hazırda 25 faizdir. ABŞ hökuməti həm də Çin istehsalçılarının subsidiyalardan yararlanmasının qarşısını alır.

Pərviz

0