\"Citroen Berlingo\" modeli yeniləndi

10:48 / 25.12.2023
1029

Fransanın məşhur avtomobil markalarından olan "Citroen" yüngül kommersiya avtomobili olan "Berlingo" modelini yeniləyib.

HİT.az xəbər verir ki, sözegedən model 4 silindrli 130 at gücündə dizel mühərriki ilə təklif olunur. 

Qeyd olunub ki, az yanacaq sərfiyyatı sayəsində səyahətlər daha səmərəli və rahat olacaq. 

Avtomobil yeni yüksək keyfiyyətli 10 düymlük mərkəzi sensor ekran və yeni fərdiləşdirilə bilən rəqəmsal alət ekranı texnologiyasına sahibdir. Yeni modelin daha böyük dizayn elementlərinə və daha aydın xətlərə malik olması da diqqət çəkir.

Pərviz

0