"Chery"nin yeni modeli satışa çıxdı - QİYMƏT

AVTO
10:39 / 26.12.2023
875

Çinin nəhəng avtomobil istehsalçısı "Chery" yeni modelini təqdim edib.

HİT.az xəbər verir ki, yeni hibrid model "Chery Fengyun A8" adlanır.

Avtomobilin Çindəki satışları 3 yanvar tarixində başlayacaq. Onun qiyməti 18-21 min dollar arası dəyişəcək. 

"Chery Fengyun A8" 154 at gücünə sahibdir, lakin bunun 201 at gücünə qədər də çıxması mümkündür. Həmçinin, avtomobilin 1400 kilometr mənzilə sahib olduğu açıqlanıb. Bununla yanaşı, sadəcə elektrik enerjisi ilə də sözügedən model 106 kilometr məsafə qət edə bilər. DC sürətli şarj dəstəyi də təqdim edən model 19 dəqiqə ərzində 30-80 faiz arasında enerji yığa bilər.

Pərviz

0